Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Xəbərlər

13.04.2021 - 17:11

İkinci mərhələ üzrə peyvənd olunanların sayı 6199 nəfərdir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34976 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az