Azərbaycanda vaksin vurulanların sayı 2 milyonu keçib

Aktual

25.05.2021 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

İkinci mərhələ üzrə peyvənd olunanların sayı 10054 nəfərdir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34287 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10054 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2021371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1158631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862740 təşkil edir.

#

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş