Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artır

Cəmiyyət

15.10.2021 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

Səhiyyə Nazirliyinin eksperti səbəbləri açıqlayıb

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”. AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

E.Rəhimov qeyd edib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş