Azərbaycanda son sutkada COVID-19-dan vəfat edən olmayıb

Aktual

26.06.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş