Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı sağalanlardan çox oldu

Xəbərlər

22.08.2020 - 18:28

cedabet dərman SEO Xidməti

184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər sağalıb, 3 nəfər vəfat edib

 

Azərbaycanda son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb. 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 6557, hazırkı dövrədək isə 868345 test aparılıb.

 

İndiyədək ölkədə ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş