Azərbaycanda son sutkada 3 nəfər COVID-19-dan vəfat edib

Aktual

11.10.2022 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Daha 92 nəfər koronavirusa yoluxub, 94 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 526 nəfərdir.

Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 7 277 812 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş