Azərbaycanda son sutkada 133 nəfər COVID-19-a yoluxub

Aktual

13.07.2021 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

71 nəfər sağalıb, 1 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş