Azərbaycanda qana tələbat artıb

Cəmiyyət

14.12.2020 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib

 

Azərbaycanın qana tələbat artıb. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb. Məlumatda deyilir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır COVID-19 xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb.

 

“Sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir”, - Mərkəzi Qan Bankından bildirib.

 

Qan Banklarının 24 saat açıq olduğu və sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlərin görüldüyünü də qeyd edilib: “Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş