Azərbaycanda polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb

Hadisə

21.05.2021 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşı səhər işə gələrkən yolun kənarında iki nəfər silahlı şəxs görüb və...

 

Qaxda polis əməkdaşına atəş açılması faktı ilə bağlı araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, sözügedən polis əməkdaşı səhər işə gələrkən yolun kənarında iki nəfər silahlı şəxs görüb.

 

Polis həmin şəxslərə yaxınlaşaraq silahın qanuni olub-olmadığı ilə maraqlanıb. Bu zaman onlardan biri polisə atəş açıb. Nəticədə polis əməkdaşı xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş