Ölkəmizdə 1 milyon 593 min 883 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 777vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 487nəfərdir.
Azərbaycanda ümumilikdə vurulan vaksinlərin sayı 1 593 883, birinci mərhələüzrəvaksinasiya olunanların sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601 631 nəfərdir.