Azərbaycanda məşqçi koronavirusdan vəfat edib

Xəbərlər

19.12.2021 - 20:58

Ceyhun Abbasov müalicə aldığı “Yeni Klinika”da dünyasını dəyişib

Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.

AYNA bildirir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.

Onun sözlərinə görə, C.Abbasov 46 yaşında müalicə aldığı “Yeni Klinika”da vəfat edib. O, 2 həftədən çox süni tənəffüs aparatında olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş