Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test həyata keçirilib
Azərbaycanda indiyə qədər koronavirusa (COVID-19) görə aparılan testlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test aparılıb.
Qeyd edək ki, sonra sutka ərzində ölkədə koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bir nəfər isə vəfat edib.