Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Cəmiyyət

02.05.2020 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458-dir.

 

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş