Azərbaycanda koronavirusla bağlı son statistika

Xəbərlər

06.09.2021 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib, aktiv xəstə sayı 52850 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11550, ötən müddət ərzində isə ümumilikdə 4563070 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş