“Buster” doza üzrə vaksinasiya olunanların sayı 657 min 536 təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35699 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7700, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23120 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10201533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5038225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4505772, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 657536 təşkil edir.