Azərbaycanda jurnalist vəfat edib

Xəbərlər

11.01.2025 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

“AZƏRTAC”ın müxbiri ürəktutmasından dünyasını dəyişib

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova vəfat edib. AYNA xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial mediada paylaşım ediblər.

Bildirilir ki, infarkt keçirən jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, A.Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az