Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir

Xəbərlər

13.12.2021 - 05:43

Həkimlər Klinikalar SEO Xidməti

Bu gündən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur

Bu gündən etibarən Azərbaycanda hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur.

AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun dekabrın 11-də imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarda bildirilir.

Qərara əsasən, hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş