Milli Məclis hərbi vəziyyətin ləğv edilməsini təsdiqləyib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb.
AYNA xəbər verir ki, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət rejimi ləğv olunacaq.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qərar qəbul edilib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycanda hərbi vəziyyət 30 sentyabrda qəbul edilmişdi.