Azərbaycanda hərbi vəziyyət elan edilib: Komendant saatı - <font color=red> RƏSMİ</font>

Xəbərlər

27.09.2020 - 18:49

28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilib

 

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

 

Hərbi vəziyyət zamanı müvafiq icazələrə “ASAN Xidmət” və Daxili İşlər Nazirliyi tərəfindən nəzarət ediləcək. H.Hacıyev bildirib ki, icazələr icazə-e.gov.az sistemi vasitəsilə alınacaq.

 

O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin.

 

H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun.

Müəllif: Ayna.az