Azərbaycanda əhalisinin sayı artıb

Xəbərlər

15.10.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

İlin əvvəlindən ölkə əhalisinin sayı 28 min 833 nəfər artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10209603 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Müəllif: Ayna.az