Azərbaycanda daha bir nəfər COVID-19-dan vəfat edib

Aktual

17.02.2023 - 16:36

Son sutkada 28 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 090 nəfər müalicə olunaraq sağalıb, 10 102 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.

Ölkədə son sutka ərzində 932, hazırkı dövrədək isə 7 511 832 test aparılıb.

Müəllif: Ayna.az