Rusiya XİN-dən Dağlıq Qarabağla bağlı <font color=red> BƏYANAT</font>

Aktual

27.09.2020 - 12:10

“Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”

 

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. AYNA-nın xəbərinə görə, bəyanat XİN-in saytında yerləşdirilib.

 

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında  vəziyyət qəflətən gərginləşib: “Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”.

Müəllif: Ayna.az