Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub

Xəbərlər

15.04.2020 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Reanimasiyada olan 17 xəstədən 6 nəfəri süni tənəffüs aparatına qoşulub

 

Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 53 nəfər isə sağalıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bugünki brifinqdə çıxışı zamanı deyib.

 

O, Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayını da açıqlayıb: "Hazırkı dövrədək ölkəmizdə 1 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.  Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb".

 

"Fevralın 28-dən aprelin 12-nə qədər olan dövrə yekun vura bilərik. Son günlərə qədər neqativ tendensiya müşahidə olunurdu. Amma bir gündə pozitiv hadisə baş verdi və yoluxma sayında ciddi azalma müşahidə olundu", - deyə NK sözçüsü vurğulayıb.

 

Brifinqdə çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirilib ki, hazırda 836 nəfər xəstə koronavirusdan müalicə olunur, onlardan 17-i nəfərin reanimasiya şəraitində müalicəsi davam etdirilir. Reanimasiyada olanlardan 6-sı süni tənəffüs aparatına qoşulub. 

 

R.Bayramlı qeyd edib ki, bu günə qədər 75 372 test edilib: "Bu günə ölüm faktı yoxdur. indiyə kimi ümumilikdə, 13 ölüm faktı qeydə alınıb". 

 

Həsənov bildirib ki, xəstələr, əsasən, 50-60 və 30-40 yaş arasındadır: “Bununla yanaşı, 80 yaşdan yuxarı və 0-9 yaş arasında yoluxanlar da var. Ümumi sağalanların sayı isə 25 fazi təşkil edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş