Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub

Cəmiyyət

08.07.2020 - 18:41

Ölkəmizdə koronavirusa yoluxanların sayı artıb 

 

Azərbaycanda  542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  9 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Bu gün 7 355 koronavirus testi aparılıb.

Müəllif: Ayna.az