Azərbaycanda daha 533 nəfər COVID-19-dan sağalıb

Aktual

27.05.2021 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 220 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib, aktiv xəstə sayı 5620 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 369, ötən müddət ərzində isə ümumilikdə 3 486 381 test aparılıb.

 

#

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş