Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub

Cəmiyyət

12.04.2020 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə COVID-19-a yoluxanların sayı 1098 nəfərə çatıb

 

Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, bununla ölkəmizdə koronavirusa yoluxanların sayı 1098 nəfərə çatıb: “Onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildi”r.

 

Qeyd olunub ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş