Azərbaycanda daha 2 nəfər COVID-19-dan vəfat edib

Aktual

27.12.2022 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 95 nəfər koronavirusa yoluxub, 102 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 557 nəfərdir.

Ölkədə son sutka ərzində 2 438, hazırkı dövrədək isə 7 423 605 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş