Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

Cəmiyyət

19.06.2023 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş