Son sutkada Azərbaycanda COVID-19-dan vəfat edən olmayıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.