Azərbaycanda daha 167 nəfər koronavirusa yoluxub

Cəmiyyət

03.09.2020 - 19:51

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş