Azərbaycanda COVID-19-la bağlı son vəziyyət: sağalan olmayıb

Aktual

23.05.2022 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada daha 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalan olmayıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş