Minsk Qrupu ilə Bayramov arasında Qarabağ danışıqları davam etdirilir

Aktual

09.10.2020 - 12:21

Danışıqlar bu dəfə Cenevrədə deyil, Moskvada aparılır

 

Dünən Cenevrədə keçirilmiş ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı danışıqlar bu gün Moskvada davam etdirilir. AYNA xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Agentliyin mənbəsi bildirib ki, danışıqlar bu gün Azərbaycan Xarici İşlər naziri ilə davam edəcək. Amma Cenevrədə yox, Moskvada”, - deyə mənbə vurğulayıb.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) danışıqlarla bağlı məlumat yayıb. Məlumatda qeyd edilib ki, dünən XİN başçısı Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək.

Müəllif: Ayna.az