Azərbaycanda COVID-19-la bağlı SON STATİSTİKA

Aktual

11.03.2022 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Daha 225 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.

Ölkədə son sutka ərzində 5 161, hazırkı dövrədək isə 6 622 919 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş