Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441-dir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 852 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir.