“Buster” doza üzrə vaksinasiyadan keçənlərin ümumi sayı 809 min 845 nəfər təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30893 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5213, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21935 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10426930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5067433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4549652, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 809845 təşkil edir.