Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

24.10.2021 - 18:29

Son sutkada koronavirus (COVID-19) əleyhinə 29 min 559 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 min 559 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş