Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

10.10.2021 - 19:23

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 min 726-dır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 833 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 107 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 996 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 600 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş