Azərbaycanda COVID-19-a yoluxma sayında ciddi azalma

Xəbərlər

28.09.2020 - 16:45

Yoluxanlardan 70 nəfəri müalicə olunaraq sağalıb və evə buraxılıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Bununla da ölkədə indiyədək virusa yoluxanların ümumi sayı 40061 nəfərə çatıb. Onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 1748 nəfərdir.

Müəllif: Ayna.az