Azərbaycanda COVID-19-a yoluxma sayı açıqlanıb

Aktual

13.02.2022 - 19:02

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 6 841 nəfər koronavirusa yoluxub, 23 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 841 yeni yoluxma faktı qeydə alınıb, 6 772 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 23 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş