Ordumuz daha bir kəndi işğaldan azad edib - <font color=red> RƏSMİ</font>

Aktual

27.09.2020 - 16:16

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib

 

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

 

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə