Azərbaycanda bu həftədən karantin rejimindən çıxış planı hazırlanacaq

Cəmiyyət

20.04.2020 - 22:34

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

“Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində deyib.

 

“Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. 

 

Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”, - deyə İ.Məmmədov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş