Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatıb

Xəbərlər

16.10.2025 - 23:52

Müvafiq məlumatlar Nazirlər Kabinetinə təqdim edilib

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiqləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş