Yeraltı təkanlar 3,5 maqnitudada qeydə alınıb
Bu gün yerli vaxtla saat 11:39-da Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Bu barədə AYNA-ya Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verib.
Yeraltı təkanın episentri Lənkəran stansiyasından 19 km şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar 3,5 maqnitudada qeydə alınıb.