Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib

Xəbərlər

22.12.2021 - 02:20

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmə-Hüquq Şurası məlumat yayıb

Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib.

Şuradan AYNA-ya verilən məlumata görə, Qaydalara uyğun olaraq bu il 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

 

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş