Cinayət xarakterli əməlləri törədən şəxslərin sayı 405 nəfərdir
Cari ilin yanvar-sentyabr ayları ərzində aşkar edilmiş cinayət xarakterli gömrük hüquqpozmaları məlum olub. Dövlət Gömrük Komitəsindən AYNA-ya verilən xəbərə görə, müvafiq dövrdə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 87 cinayət faktı aşkar edilib.
Həmçinin, 134 qaçaqmalçılıq faktı, 14 gömrük ödənişlərinin ödənilməsindən yayınma faktı, eyni zamanda, aksiz markası ilə markalanmalı olan malları marka olmadan idxal etmə faktı və digər cinayət xarakterli 249 fakt qeydə alınıb. Bu cinayət xarakterli əməlləri törədən şəxslərin sayı 405 nəfər kimi müəyyən edilib.