Azərbaycana turist axını 34 % artıb

Xəbərlər

15.07.2024 - 20:54

cedabet dərman SEO Xidməti

Azərbaycana ən çox turist Rusiyadan gəlib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyon 231 min 104 xarici vətəndaş səfər edib.

AYNA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.

Təkcə iyun ayında ayında ölkəyə 265 549 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 29 % çoxdur.

Ötən ay Azərbaycana ən çox turist 82 246 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (38 329 nəfər), üçüncü yerdə isə Hindistan (28 315 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,2 min, Səudiyyə Ərəbistandan 14,7 min, Gürcüstandan 8,9 min, Qazaxıstandan 8,9 min, Pakistandan 7,7 min, Özbəkistandan 4,3 min, İsraildən 4,2 min, Çindən 4,1 min, BƏƏ-dən 3,7 min, Küveytdən 3,5 min, Ukraynadan 3,2 min, Cənubi Koreyadan 2,9 min, turist gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş