"Bak” və “Elma” adlı itlər minatəmizləmə əməliyyatlarında istifadə olunacaq
Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib. AYNA-nın məlumatına görə, bu barədə ANAMA-dan bildirilib.
Qeyd edilib ki, “Bak” və “Elma” adlı itlər Azərbaycanda minatəmizləmə əməliyyatlarında istifadə olunacaq.
Qeyd edək ki, bu il avqustun 26-da Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.
Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.
Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.
Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək.