İndiyə qədər ölkəmizə COVID-19-a qarşı 14 milyon 92 min 460 doza vaksin gətirilib
İndiyə qədər Azərbaycana yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 14 milyon 92 min 460 doza vaksin gətirilib.
Bu barədə AYNA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanda pandemiyanın yayılmasının məhdudlaşdırılması, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınması məqsədilə “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V” vaksinlərinin istifadəsi təmin edilir.