Azərbaycan Yəhudi icmaları erməni təxribatları ilə bağlı bəyanat yayıb

Xəbərlər

22.10.2020 - 16:52

“2000 ildir burada sülh və təhlükəsizlik şəraitində yaşayırıq”

 

Azərbaycan Yəhudi icmaları Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı apardığı təxribatlara etiraz olaraq bəyanat imzalayıb. AYNA-nın xəbərinə görə, bəyanatda Azərbaycanın zəngin tarixi, mədəni və multikultural dəyərlərə sahib bir ölkə olması, milliyyətindən və irqindən asılı olmayaraq, bu ölkədə qanuna tabe olan hər kəs sülh və təhlükəsizlik şəraitində yaşaya bildiyi qeyd olunub.

 

Eləcə də, icmanın bəyanatında təxminən 2000 ildir ki, Azərbaycan yəhudilərinin burada sülh və təhlükəsizlik şəraitində yaşadığı vurğulanıb.

 

“Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və uşaq bağçaları var. Ölkəmizdə, müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik mühitində yaşayırlar. Azərbaycan dövləti milli azlıqlar daxil olmaqla, vətəndaşlarına qarşı tolerant və qonaqpərvərdir”, - deyə sənəddə vurğulanıb.

Müəllif: Ayna.az