“Azərbaycan xüsusi karantin rejimindən çıxmaq mərhələsindədir”

Cəmiyyət

06.05.2020 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Zaur Əliyev: “Ölkədə koronavirusdan həyatını itirənlərin əksəriyyəti 60-69 yaş arasındadır”

 

Azərbaycanda koronavirusa yoluxanların əksəriyyətinin yaş qrupu 50-59 arasındadır. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

 

O bildirib ki, virusa yoluxanlar arasında qadınlar çoxluq (54 faiz) təşkil edir: “Vəfat edənlərin çoxu isə 60-69 yaş arasındadır. Onlar ümumi həyatını itirənlərin 43 fazini təşkil edirlər”.

 

“Ümumilikdə Azərbaycan koronavirusla mübarizədə çox müsbət nəticələr əldə etməyə bacarıb. Bizim gördüyümüz bütün tədbirlər də təqdirəlayiq və məqsədyönlü idi. Hazırda xüsusi karantin rejimindən çıxmaq mərhələsindəyik”, - deyə Z.Əliyev əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş